
ADOBE PHOTOSHOP
Adobe Photoshop foto və video faylları ilə işləmək üçün çoxfunksiyalı redaktordur. Qrafik redaktor kommersiya məqsədləri üçün istifadə olunur (televiziya, kinoteatr, reklam, oyunlar, retuş və s.). Adobe Photoshop qeyri-adi redaktordur ki, burada siz təkcə şəkilləri düzəltmək və retuş etmək deyil, həm də formaları çevirmək, GIF animasiyalarını saxlamaq, təbəqələrdən və effektlərdən istifadə etmək olar. Bu funksiyalar şəkilləri dəyişdirməyi, klonlamağı, təkmilləşdirməyi, rəngarəng, satılan şəkil yaratmaq üçün müxtəlif filtrləri tətbiq etməyi asanlaşdırır.
Adobe Photoshop kursunda təhsil aldığınız müddətdə aşağıda qeyd olunanlar TAM praktiki şəkildə, öyrən və tətbiq et formatında tədris olunur:
sosial şəbəkələr üçün (instagram, facebook, VK və s.) dizaynın, reklamın hazırlanması;
vizit kartlarının, flyerlərin, bukletlərin, restoran və kafelər üçün menyuların, reklamların, afişaların hazırlanması;
şirkətin və ya brendin firma üslubunun və onun ayrı-ayrı elementlərinin (loqo, korporativ rənglər, blanklar, vizit kartları, nəqliyyat vasitələrinin dizaynı, işçilər üçün korporativ geyim üslubunun dizaynı, ticarət nöqtələrinin dizaynı və s.) dizaynı;
şirkət və ya brend üçün BrandBook dizaynı;
mağaza brendləri;
asılan (sallanan) reklam lövhələri;
bannerlər;
restoran üçün menyu kartları, menyu sifarişi broşürləri (takeaway);
təqvim (calendar), gündəlik (diary);
stolüstü kartları (tent card);
sertifikatlar;
skan edilmiş, çəkilmiş şəkillərin keyfiyyətinin artırılması;
rəng qüsurlarının aradan qaldırılması;
qatlara effekt verməklə, şəkil keyfiyyətinin artırılması;
ağ qara şəkillərin rənglənməsi;
köhnə şəkillərin bərpası və retuşu;
foto şəkillərin montajı;
eskiz və çertyojlarla işləmək;
dizayn və web dizayn tərtibatı üçün qrafik elementlərin, web bannerlərin yaradılması;
raster və vektor formatlı şəkillərlə işləmək;
animasiyaların yaradılması və GIF kimi yaddaşa verilməsi və s. bir-birindən maraqlı elementlərin tərtibatı.



Bizimlə əlaqə
Daha ətraflı məlumat almaq üçün aşağıda olan formu doldurun və biz sizinlə əlaqə saxlayaq!
28 may küç., 42